"Ukrayna hərbçiləri ABŞ-dan alacağı çoxsaylı buraxılış raket sistemləri ilə Rusiya ərazisinə hücum etmək niyyətində deyil. Ukrayna bu silahdan yalnız müdafiə üçün istifadə edəcək".
Yenisabah.az "Newsmax"a istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Kiyevi uzaqmənzilli silahlarla təmin etmək çağırışları Ukrayna ərazisini qorumaq məqsədi daşıyır. Eyni zamanda, o, Ukrayna hərbçilərinin Rusiyaya Ukrayna ilə etdikləri kimi öz torpaqlarından hücum etmək niyyətində olmadığını qeyd edib. Dördpendirli pizza
“Bilirəm ki, ABŞ-dakı insanlar və ya Ağ Evdəki kimsə Rusiyaya hücum etmək üçün onların MLRS-dən istifadə edə biləcəyimizi deyir. Qulaq asın, biz Rusiyaya hücum etmək fikrində deyilik. Bizi Rusiya Federasiyası maraqlandırmır, biz onun ərazisində döyüşmürük”, - deyə Zelenski vurğulayıb.
Telegram kanalımız