Ermənistan Rusiyadakı səfirini dəyişə bilər.
Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib. Qəzet yazır ki, son dövrlər Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərginləşməsi Ermənistan hakimiyyətini Moskvadakı səfirini dəyişmək məcburiyyətinə gətirib çıxarıb.
Erməni nəşri hakimiyyətdaxili mənbələrdən öyrənib ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir ki, müzakirə olunurdu, lakin səfirliyə namizədlərin tapılması problemi var idi. pizza sifarişi
KİV əlavə edib ki, yeni namizəd, ilk öncə, Baş nazir Nikol Paşinyanın etimadını qazanmalı və Rusiya hakimiyyəti tərəfindən məqbul sayılmalıdır.
Qəzetin əldə etdiyi məlumata görə, bir sıra namizədlər müzakirə olunub və Ermənistan tərəfi Ermənistan Milli Məclisin deputatı Qurgen Arsenyanın üzərində dayanıb:
“Rusiyanın Ermənistandakı səfirliyinə namizəd isə Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurudur ki, bu da Rusiyanın Ermənistanla əməkdaşlığın vacibliyini anlamasından xəbər verir”.
Telegram kanalımız