“Rusiya Ermənistanı HƏDƏLƏDİ: Münasibətlərimizə ciddi ziyan vurur”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ermənistanı HƏDƏLƏDİ: Münasibətlərimizə ciddi ziyan vurur”

Siyasət

21 İyul 2023 14:30 1029


“Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir”. 

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu RF Federal Şurasının sədr müavini Yuri Vorobyov bildirib. 

“Anladığımız kimi, bu, Ermənistanın apardığı bütün işlər üzrə Haaqa Tribunalının yurisdiksiyasını tanıması deməkdir. Ola bilər ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır, lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq. Belə olan halda mən parlamentarilərə müraciət edirəm”, – Vorobyov bildirib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!