“Rusiya Ermənistanın əli ilə Qarfabağda təxribat törədə bilər” - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ermənistanın əli ilə Qarfabağda təxribat törədə bilər” - XƏBƏRDARLIQ

Rəsmi

25 Aprel 2023 11:46 1060


“Ermənistanın Laçın yolunda təxribat törətməsini istisna etmirəm, amma bunun heç bir nəticəsi olmayacaq”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin (NBM) quraşdırılmasından sonra bölgədə istisna edilməyən yeni erməni təxribatlarından söz açıb. pizza hut

Z.Əlizaədnin fikrincə, münaqişənin həllini istəməyən Rusiya istəyir ki, vəziyyət gərginləşsin, düşmənçilik, ədavət davam etsin:

“Pulları, canları bu münaqişə ilə bağlı olan erməni separatçıları, hərbi cinayət törətmiş adamlar isə cəzadan qorxaraq çalışırlar ki, barışıq olmasın. Lakin erməni xalqının əksəriyyəti istəyir ki, müharibə bitsin, erməni qadınları istəyirlər ki, ərləri, oğulları, qardaşları daha bu savaşda ölməsinlər. Eləcə də biz də istəyirik ki, bu münaqişəyə son qoyulsun. Azərbaycan tərəfinin gücü var ki, istənilən təxribata layiqli cavab versin və münaqişənin alovlanmasına imkan verməsin”. 

“O ki qaldı Rusiyaya, Rusiya burada ancaq Ermənistanın əli ilə hər hansı təxribat törədə bilər, amma özünün nə hüquqi, nə fiziki, nə əməli, nə də hərbi cəhətdən nə isə etmək imkanı yoxdur. Rusiya bu gün özünü tamamilə Ukrayna müharibəsinə bağlayıb və hazırda başqa bir məkanda hər hansı bir şey etmək imkanından məhrumdur”, - yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!