Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq 

Maraqlı

24 Oktyabr 2023 15:17 417


Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir. 

Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.  pizza

Qeyd edək ki, Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri yalnız şəxsi avtomobil istifadəsi zamanı tanınır. Lakin bu qayda Gömrük İttifaqına daxil olan ölkələrə şamil olunmayıb. Belə ki, İttifaqa üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın sürücülük vəsiqələri sahibkarlıq və əmək fəaliyyəti üçün tanınıb. Yəni, bu ölkələrin sürücülük vəsiqəsi ilə vətəndaş taksi və yükdaşıma fəaliyyəti ilə məşğul ola bilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!