Rusiya heç vaxt İrəvanla münasibətlərin soyuması təşəbbüskarı olmayıb - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

Rusiya heç vaxt İrəvanla münasibətlərin soyuması təşəbbüskarı olmayıb - Lavrov

Dünya

18 Yanvar 2024 14:39 398


Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  bildirib.

O deyib: “Bəli, xatırlayırıq ki, Ermənistanda indiki məmurların bir çoxu hələ müxalifətdə olarkən KTMT-dən, Aİİ-dən çıxmağa çağırırdılar və baş nazir Paşinyan hakimiyyətə gələndə İrəvandan uzaqlaşmaq üçün zərrə qədər həvəsimiz, təkanımız yox idi”. Toyuqlu pizza

Lavrov vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası Rusiyanın regiondakı hərəkətlərini izləməyə yönəlib və Moskva bunu İrəvanla müzakirə edib: 

“Aİ-nin Ermənistandakı missiyası bu ölkədə yerləşən sərhədçilərimizin işi ilə fəal maraqlanıb. Prinsipcə, o, heç bir etimadın möhkəmləndirilməsi ilə məşğul olmamaq, əksinə, hər zaman nə baş verdiyini, Rusiyanın orada necə göründüyünü, nə etdiyini, qarşıda hansı konkret vəzifələr olduğunu öyrənməyə çalışıb. Bunu erməni dostlarımızla dəfələrlə müzakirə etmişik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!