"Azərbaycanda bir qrup ekspertin fikrincə, əslində Ermənistanla Rusiya oyun oynayırlar, aralarındakı gərgin münasibətlər oyunun bir hissəsidir. Bu qrupun qənaətinə görə, Qərbin sanksiyaları altında olan Rusiya ona lazım olan texnoloji avadanlıqları Ermənistan üzərindən əldə edir və bu hər iki dövlətin maraqlarına xidmət edir, Rusiya texnologiyalara yiyələnir, Ermənistan isə pul qazanır".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, Qərbin bu sövdələşmədən şübhəsi olmaması üçün Ermənistanın guya Rusiyanın regional siyasətindən narazı qaldığı görüntüsü yaradılır: pizza mizza
"Belə bir sualı da gündəmə gətirirlər: Kreml Nikol Paşinyandan bu qədər narazıdırsa, indiyənə qədər niyə onu cəzalandırmayıb, axı əlində kifayət qədər alətləri var? Bu yanaşmanı tam bölüşməsəm də, baş nazir Nikol Paşinyanın bir ayağı ilə Qərbdə olduğu, digər ayağını isə Rusiyadan çəkmədiyini düşünürəm. Statistikaya görə, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Ermənistanla Rusiya arasında idxal-ixrac əməliyyatları şübhəli şəkildə artıb. Bu da onunla əlaqələndirir ki, Ermənistan Rusiyaya lazım olan texnologiyaları Qərbdən alaraq Moskvaya ötürür. Buna baxmayaraq, Rusiyanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsində Ermənistana aid kənd təssərrüfatı məhsullarının keçidinə imkan verməməsi oyun deyil, reallıqdır".
"Maraqlıdır ki, bir qrup erməni eksperti oxşar sözləri Azərbaycan-ABŞ münasibətləri haqqında deyir. Guya Azərbaycan-ABŞ gərgin münasibətləri də oyundur, məqsəd Rusiyanın Qərblə yaxınlaşan Ermənistana təzyiqini artırması və İrəvanın Kremllə münasibətlərin gərginləşməsinə nail olmaqdır. Erməni ekspertləri bunun həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini iddia edirlər. Həqiqət bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur. Bu oyun deyil, reallıqdır" - E.Şahinoğlu şərhdini tamamlayıb.
Telegram kanalımız