Rusiya iqtisadiyyatı çökür? –   Kreml rəqəmləri gizlətmir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya iqtisadiyyatı çökür? – Kreml rəqəmləri gizlətmir

Dünya

27 May 2026 14:05 401


Ukrayna ilə müharibənin beşinci ilində Rusiyanın hərbi-sənaye kompleksindəki istehsal artımı ölkə iqtisadiyyatını ayaqda saxlayan əsas amilə çevrilib. Lakin rekord dərəcədə aşağı işsizlik səviyyəsi sivil sektorlarda ciddi kadr qıtlığı yaradır.

"Yeni Sabah" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin 2026-cı il büdcə proqnozlarına əsasən, ölkədə müdafiə və təhlükəsizlik xərcləri prioritet olaraq qalır. Cari ildə federal büdcə gəlirlərinin 40,3 trilyon rubl, xərclərinin 44,1 trilyon rubl, büdcə kəsirinin isə 3,8 trilyon rubl olacağı gözlənilir.

Hərbi sifarişlər istehsalı stimullaşdırsa da, digər sahələrdə işçi qüvvəsi tapmağı çətinləşdirir. Federal Statistika Xidmətinin (Rosstat) son məlumatlarına görə, ölkədə işsizlik səviyyəsi tarixi minimuma yaxınlaşaraq mart ayında 2,2% təşkil edib. Pepperoni pizza

Rəsmilər bu göstəricini məşğulluğun güclənməsi kimi qiymətləndirsələr də, şirkətlərin dərin kadr böhranı ilə üz-üzə qaldığını gizlətmirlər. Rusiya Prezidenti Vladimir Putin də mövcud vəziyyətdə iqtisadi artımı qorumağın yeganə yolunun yeni işçilərin cəlb edilməsi deyil, əmək məhsuldarlığının yüksəldilməsi olduğunu bəyan edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!