Rusiya İran və Azərbaycan arasında vasitəçi ola bilərmi? -   “Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya İran və Azərbaycan arasında vasitəçi ola bilərmi? - “Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb”

Siyasət

30 Mart 2023 02:30 1207


"Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi?" Bu sual Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra aktuallaşıb. Birincisi, Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib. İkincisi, Lavrov İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

"Kreml necə ki, Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini Azərbaycanla İran üçün təklif edir. Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq", - politoloq şərh edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!