"Rusiya Çin bazarında İranın neft payını qapıb".
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İranın Neft və Qaz İxracatçıları İttifaqının prezidenti Həmid Hüseyni bildirib.
Onun sözlərinə görə, Rusiya nefti Çində İranın rəqibinə çevrilib, nəticədə Çinin İrandan neft idxal etməsi azalıb. pizza sifarişi
“İrandan neft alışı azalsa da, hələ də Çinin neft idxalının 7 faizini təşkil edir”, - deyə Həmid Hüseyni qeyd edib.
İxracatçılar İttifaqının prezidenti bildirib ki, beynəlxalq təşkilatların yaydığı hesabatlar bu xəbəri təsdiqləyir.
"Bu ay İrandan qara qızıl ixracı göstəricisi 34 faiz enib. Rusiya Hindistan bazarındakı payını da artırıb. Əvvəllər bu ölkəyə 20 min barel neft ixrac edən Rusiyanın payı indi 600 min barelə yüksəlib. Rusiyanın bir barel üçün 30 dollar endirim etdiyini iddia edir".
Həmid Hüseyninin sözlərinə görə, İran Avropa bazarına 600 min barel neft göndərmək imkanına malikdir.
Telegram kanalımız