"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməsin".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Dördpendirli pizza
M. Qaluzin Rusiyanın İrəvan və Bakı arasında Misirin vasitəçilik təşəbbüsünə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib:
"Mən nəqliyyat-iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tuturam. Həmçinin ictimai fəalların və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi, sülh müqaviləsinin hazırlanması. Əsas vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək, onların sinergiyasına nail olmaqdır”.
Telegram kanalımız