Rusiya kəşfiyyatı Aİ-ni ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya kəşfiyyatı Aİ-ni ittiham edir

Dünya

08 Aprel 2026 13:50 227


Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX - SVR) Avropa İttifaqının öz nüvə silahı istehsalı potensialının yaradılmasını gizli şəkildə araşdırmağa" başladığını bildirib.

"Yeni Sabah" Kommersant-a istinadla xəbər verir ki, Aİ bunu Rusiya təhlükəsinin qarşısını almaq ehtiyacı ilə əlaqələndirir.

İlkin mərhələdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digər Aİ rəsmiləri bu cür hazırlıqların mümkün qədər gizli qalmasını təmin etmək barədə razılığa gəliblər. XKX bildirib ki, beynəlxalq və Avropa ictimaiyyətinin diqqətini yayındırmaq üçün Brüssel ABŞ-nin "nüvə çətiri"nə güvənməyi özündə ehtiva edən ənənəvi kursuna sadiqliyini nümayiş etdirir. Pepperoni pizza

Böyük Britaniya və Fransa milli nüvə doktrinalarının daha sıx əlaqələndirilməsini davam etdirəcək, daha sonra nüvə çəkindirmə üzrə ümumavropa doktrinasının rəsmiləşdirilməsi gözlənilir.

XKX iddia edir ki, Aİ nüvə qüvvələrinin tam muxtar komandanlığı yaratmaq seçimini özündə saxlayacaq.

Rusiya kəşfiyyatı ABŞ-ni və bütün digər ölkələri Avropanın öz nüvə silahlarını inkişaf etdirməsinin və ardınca gələcək qlobal nüvə silahlanma yarışının qaçılmaz yeni mərhələsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!