Rusiya masaya qayıdır:   Lavrov, Bayramov və Mirzoyan yenidən bir arada

saytların hazırlanması

Evə çatdırılma

Rusiya masaya qayıdır: Lavrov, Bayramov və Mirzoyan yenidən bir arada

Siyasət

12 Oktyabr 2022 11:15 1134


Rusiyanın təşəbbüsü ilə oktyabrın 14-də Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

A. Mirzoyanın azərbaycanlı həmkarı C. Bayramovla təkbətək görüşü də planlaşdırılır. pizza sifarişi

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin ötən həftə Praqada baş tutan görüşü ciddi müzakirələrə səbəb olmuşdu. Aİ Şurası prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gerçəkləşən bu görüşdən sonra Rusiyanın oyundankənar qalacağı ilə bağlı versiyalar ortaya çıxmışdı. Lakin Praqa görüşündən dərhal sonra Rusiyanın münaqişə tərəflərini bir araya gətirməsi şimal qonşumuzun təşəbbüsü əldən verməmə cəhdi kimi də qiymətləndirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!