Rusiya MN yenə “Dağlıq Qarabağ”, “Martuni” yazdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN yenə “Dağlıq Qarabağ”, “Martuni” yazdı

Siyasət

14 Mart 2023 23:12 936


"Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qeydə alıblar".

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin fəaliyyəti haqqında martın 14-də yayılan bülletenində deyilir.

"Martuni (Xocavənd- red.) rayonu ərazisində atəşkəs rejiminin pozulması baş verib. İtki yoxdur", - məlumatda deyilir. Marqarita pizza

Nazirlikdən qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə bu faktla bağlı araşdırma aparır”, - deyə Müdafiə Nazirliyi yekunlaşdırıb.

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi yenə də "Dağlıq Qarabağ” və "Martuni"  ifadələrindən istifadə edir. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə Rusiya tərəfinə etiraz edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Eyni zamanda bildirilib ki, Azərbaycan ərazisində Martuni adında rayon yoxdur və həmin rayonun adı Xocavənddir. Bu səbəbdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırıb./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!