“Rusiya münaqişəni sona çatdırmaq istəmir“ - ABŞ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya münaqişəni sona çatdırmaq istəmir“ - ABŞ rəsmisi

Xalqın səsi

30 Mart 2022 11:36 779


“Bizcə, Rusiya qoşunları Kiyevdən geri çəkilmir, yerdəyişmə edir. Onlar, yəqin ki, ilkin hücum uğursuzluğa düçar olduğu üçün istiqamətlərini dəyişir”.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu anonimlik şərtilə bir ABŞ rəsmisi deyib.

“Heç kim bunu Rusiyanın münaqişənin sona çatması ilə qarışdırmamalıdır”, - deyə o əlavə edib. Marqarita pizza

"Conflict Intelligence Team" (CIT) qrupundan olan analitiklər bildiriblər ki, rus qoşunları Kiyevdən geri çəkilərək Rusiyanın Ukrayna ilə şərq sərhədi yaxınlığında cəmləşirlər. CIT İzyum, Severodonetsk və Lisiçanskda daha çox hücum gözlədiyini bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində döyüş fəaliyyətinin “kəskin şəkildə azaldılması” barədə məlumat verib. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya bu bölgələrdən qoşunlarını qismən çıxarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!