Rusiya ordusu Ukraynada daha bir kəndi ələ keçirdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynada daha bir kəndi ələ keçirdi 

Dünya

21 Yanvar 2024 10:48 503


Rus ordusu Kupyansk-Svatovo-Kremennaya xətti ilə irəliləyərək Svatovodan 20 km şimal-qərbdə yerləşən Kroxmalnoye kəndini tutublar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Geolokasiya görüntüləri rus əsgərlərinin Kupyansk və Kremennaya bölgələrində irəlilədiyini göstərdi. Bundan əlavə, Kupyanskın şimal-şərqində Sinkovka və Petropavlovka bölgələrində mövqe döyüşləri davam edir. 

Analitiklərin fikrincə, Rusiyanın 1-ci Qvardiya Tank Ordusunun (Qərbi Hərbi Dairə (ZVO)) bölmələri Kupyansk istiqamətində, 20-ci Əlahiddə Ordusunun (ZVO) bölmələri isə Liman istiqamətində irəliləyir.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!