“Rusiya Paşinyanın məsuliyyəti daim Moskvanın üzərinə atmasından qıcıqlanır”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Paşinyanın məsuliyyəti daim Moskvanın üzərinə atmasından qıcıqlanır”

Siyasət

26 İyul 2023 21:16 830


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bəyan ediblər ki, Moskva danışıqları Vaşinqton, Brüssel və Moskvada keçirilən diplomatik marafonun davamıdır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

Onun fikrincə, Azərbaycan Rusiya sülhməramlılarının problemini (statusunu və müddətini) həll edə, Ermənistansız Rusiya sülhməramlıları ilə razılaşa bilər. Dominos pizza

Tarasov hesab edir ki,  Moskva indi eksklüzivliyini itirib:

"Baxmayaraq ki, əsas sənədlər 9 noyabr 2020-ci il tarixli bəyanat və Rusiyanın vasitəçiliyi ilə imzalanmış sonrakı sənədlərdir, onun əsasında bütün danışıqlar aparılır. Rusiya deyir ki, əgər Qərblə bu baza əsasında danışıqlar apara bilirsənsə, onda danış. Amma hələlik konkret nəticə yoxdur.

Bununla yanaşı, Rusiya Paşinyanın məsuliyyəti daim Moskvanın üzərinə atmasından qıcıqlanır.

Paşinyan özü Qərbdə Əliyevlə danışıqlar aparır, Qarabağın taleyini müəyyənləşdirir, sonra deyir ki, Rusiya getsə, Qarabağın təhlükəsizliyi təmin olunmur. Yəni Paşinyan məsuliyyəti Rusiya Federasiyasının və ya təhlükəsizliyi təmin edəcək beynəlxalq vasitəçilərin çiyninə atmağa çalışır. Belə olan halda o, danışıqlar prosesindən geri çəkildiyini deməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!