Rusiya poçt göndərişlərinə 30% vergi tətbiq edib

saytların hazırlanması

Evə çatdırılma

Rusiya poçt göndərişlərinə 30% vergi tətbiq edib

Dünya

20 Fevral 2019 20:05 1224


“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30% vergi qoyub. 

"Yeni Sabah" xəbər verir ki, "Azərpoçt" məlumat yayıb. 

Məlumatda deyilir ki, bu verginin ödənişi isə poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.  Sezar pizza

Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların buraxılmasına icazə verməyəcək.

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq. Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir. 

Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb, Rusiyaya çatdırılması sərfəli deyil.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!