Rusiya prezidentinə qarşı sanksiya:   “Bəlkə, Putini duz-çörəklə qarşılasınlar?!“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya prezidentinə qarşı sanksiya: “Bəlkə, Putini duz-çörəklə qarşılasınlar?!“

Siyasət

10 İyun 2022 16:55 1204


“Onsuz da bir çox ölkələr Putinə və yaxın ətrafına sanksiyalar tətbiq ediblər. Zelenskinin fərmanı yeni addım deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O, Rusiya prezidenti Vladimir Putin, eləcə də Rusiya siyasi elitası digər nümayəndələrinə qarşı Avropa ölkələrində qəbul edilən sanksiya qərarlarının nəyi ehtiva etdiyini izah edib. pizza mizza

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski də Putin və ətrafına qaşrı yeni sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

Ə. Nuriyevin fikrincə, ABŞ və Avropa İttifaqının rusiyalı rəsmilərə sanksiyası həbsi də nəzərdə tutur:

“Ümumiyyətlə, sanksiyalar yüksək vəzifəli şəxslərin əmlakı və aktivlərinin üzərində qoyulur. Bunun ardınca isə təbii ki, həbs gəlir. 

Hazırda Ukraynada insan hüquq və haqlarının kütləvi şəkildə pozulması və bəşəriyyət əleyhinə cinayətlərin həyata keçirilməsi ilə bağlı artıq bir çox cinayət işləri açılıb. Gələcəkdə imkan olarsa, bu qurumlar həmin şəxslərin həbs edilməsinə də çalışacaqlar.

Əlbəttə, Putinin həbsi də istisna edilmir. Əgər o, hər hansı Avropa ölkəsinə səfər etsə, bu, mümkündür. Lakin əvvəlcə onun, yaxud digərlərinin həmin ölkəyə buraxılması məsələsi var. İkinci tərəfdən, bu insanlar sanksiyalar qoymuş ölkələrə necə gedə bilərlər? Bu, mümkün deyil. Ona görə də, Zelenskinin sanksiya fərmanı normaldır. Ukrayna təcavüzə məruz qalıb. Başqa nə etməlidir ki?! Bəlkə, Putini duz-çörəklə qarşılasınlar?!"

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!