Ermənistanın Qafan şəhərində Rusiya konsulluğunun açılışı üçün hələ tarixlər yoxdur, lakin Rusiya tərəfi prosesi sürətləndirməyə çalışır.
Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Rusiya səfirliyinin müşaviri Maksim Seleznyov deyib.
O bildirib: “Biz konsulluğu mümkün qədər tez açmağa çalışırıq. Bu gün Moskvadan olan vəzifədaşlarımızla, Qafan meriyası ilə birlikdə uyğun gələn bir neçə obyektə baxış keçirdik. Müəyyən həll yolları var ki, onlarla işləməyə davam edəcəyik”. pizza hut
Diplomatın sözlərinə görə, Baş Konsulluq 2 əsas funksiyanı yerinə yetirir: faktiki konsulluq xidmətləri və siyasi funksiya.
“Biz xalqa, şəhərin, rayon rəhbərliyinə daha yaxın olacağıq. Gizlətməyəcəyəm ki, burada böyük rus varlığı var: iqtisadi, hərbi, sərhəd. Baş konsulluğun açılması isə mövqelərimizin möhkəmlənməsi istiqamətində növbəti addımdır”, - deyə Seleznev əlavə edib.
İranın daha əvvəl Qafanda konsulluq açdığını nəzərə alan diplomat Rusiya tərəfinin iranlı vəzifədaşları ilə əməkdaşlıqdan şad olacağını bildirib.
Telegram kanalımız