“Rusiya Qarabağ məsələsində oyun aparmağa çalışır” – Fərid Şəfiyev 

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Qarabağ məsələsində oyun aparmağa çalışır” – Fərid Şəfiyev 

Siyasət

27 Oktyabr 2022 16:08 1276


“Rusiya daha çox dəhlizlərin açılması və delimitasiya prosesinə nəzarət etmək istəyir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfərinin niyyəti də elə məhz budur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Rusiya Baş naziri Aleksey Overçukun Azərbaycana səfərinin pərdərarxası məqamlarına toxunarkən deyib.

BMTM sədri iddia edib ki, Rusiya sülh sazişi ilə bağlı qısqanclıq hisslərini ifadə edir: Dördpendirli pizza

“Onlar istəmir ki, bu proses Avropa İttifaqının himayəsi altında keçsin. Halbuki Rusiya sülh sazişiylə bağlı bu günə qədər tutarlı təkliflər verməyib”.

F. Şəfiyevin sözlərinə görə, bizim üçün əsas məsələ iki ölkənin ərazi bütövlüyü və Qarabağ məsələsinin Azərbaycanın daxili problemi olaraq Konstitusiya çərçivəsində həll olunmasıdır:

“Təəssüflər olsun ki, Rusiya bu məsələdə hələ də çalışır ki, müəyyən bir oyun aparsın və özünə bir rol tapsın. Halbuki tarix göstərir ki, Azərbaycan mütəmadi olaraq öz hədəflərinə çatır”.

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, regionda olan bütün qüvvələrin müəyyən maraqlarını ölkəmiz nəzərə alır:

“Burada bizim “qırmızı xətt”imiz ərazi bütövlüyümüz və suverenliyimizdir. Qalan digər bütün məsələlərdə müəyyən bir kompromis tapıla bilər, amma bu məsələdə Azərbaycan birmənalı olaraq öz hədəflərinə çatır və çatacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!