Rusiya qoşunları Ukraynada məktəb, xəstəxana və bağçaları bombalayır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunları Ukraynada məktəb, xəstəxana və bağçaları bombalayır

Dünya

02 İyun 2022 10:14 690


“Rusiya işğalçıları məktəb, xəstəxana və uşaq bağçalarında Ukrayna hərbi hissələrinin yerləşdirildiyini bəhanə gətirərək mülki obyektləri bombalayırlar”. 

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya müvəqqəti işğal etdiyi ərazilərdəki mülki xəstəxanalara yaralı hərbçilərini yerləşdirir. Sezar pizza

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka ərzində Donetsk və Luqansk vilayələtləri istiqamətində Rusiya qoşunlarının 13 hücumunun qarşısı alıb, 2 tank, 6 artilleriya sistemi, 8 zirehli döyüş maşınını məhv edib.

Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri rəqibin “Orlan-10” tipli 7 PUA-sını sıradan çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!