Rusiya qovulmuş amerikalı diplomatların siyahısını ABŞ-a təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qovulmuş amerikalı diplomatların siyahısını ABŞ-a təqdim etdi

Siyasət

23 Mart 2022 23:00 582


Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim olunub. Sezar pizza

Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza deyib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.\Report

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!