Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Dünya

20 Aprel 2026 20:48 805


Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Rusiya Müdafiə Nazirliyinin daha əvvəl Avropada Ukrayna üçün dronlar istehsal edən müəssisələrin ünvanlarını dərc etməsi ilə əlaqədar izahat vermək üçün çağırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda deyilir ki, Berlin "özünü qorxutmağa imkan verməyəcək", Almaniyadakı "təhdidlər və hər cür casusluq fəaliyyəti isə tamamilə qəbuledilməzdir". Sezar pizza

Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi Avropa İttifaqı ərazisində Kiyev üçün PUA istehsal edilən müəssisələrin adlarını və ünvanlarını açıqlamışdı./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!