Rusiya sərhədçilərinin mövcudluğundan narahatıq - Ovannisyan

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sərhədçilərinin mövcudluğundan narahatıq - Ovannisyan

Dünya

01 Mart 2024 12:08 675


Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi komandası Rusiya FTX (FSB) nümayəndələrinin "Zvartnots" hava limanında mövcudluğundan narahatdır.

Yenisabah.az xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib. 

O əlavə edib: "Bəli, ictimaiyyətimizin əksəriyyəti kimi biz də bu məsələdən narahatıq. Bu məsələ siyasi komandamızın gündəmindədir". Dördpendirli pizza

Ovanissiyanın sözlərinə görə, hazırda mövzuya dair müzakirələr gedir və onların nəticələrinə əsasən qərarlar qəbul edilən zaman rəsmi açıqlama veriləcək. Deputat müzakirənin təfərrüatlarını açıqlamayıb və Rusiya tərəfi ilə müzakirələrin davam edib-etməməsi sualına cavab verməyib.

Fevralın sonunda Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında fəaliyyətinin dayandırılması barədə fikir bildirib: “Düşünürəm ki, onlar aeraportu tərk etsələr, düzgün olardı”.

Simonyanın sözlərinə görə, Ermənistan öz sərhədlərini nəzarətdə saxlamaq və qorumaq iqtidarındadır: "Ölkəmizin sərhədlərini özümüz qoruyacağıq. Rusiya sərhədçilərinin sərhədlərimizi qoruyacağına əmin deyiləm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!