“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” - Video

Siyasət

18 Noyabr 2022 21:30 1258


“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində oktyabrın 6-da yerli telekanallara müsahibə zamanı bildirib.

Bununla bağlı “Caliber” hərbi-analitik layihəsinin yeni buraxılışında bəhs edilir. Pepperoni pizza

“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, artıq bir müddətdir belə əlaqələr davam etdirilir. Və düşünürəm ki, bu əlaqələr hələ də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali tərəfindən tam mənada başa düşülməsinə gətirib çıxaracaq ki, Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yol yoxdur. Azərbaycan vətəndaşı kimi yaşamaq lazım olduğunu hesab edənlər düşünürəm ki, peşman olmayacaqlar. Və bu kiməsə hansısa səbəblərdən uyğun gəlmirsə, o zaman onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, - deyə suallardan birinə cavab verən dövlət başçısı qeyd edib.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!