“Rusiya sülhməramlılarına əvəz tapılmalıdır” - ABŞ Dövlət Departamenti rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya sülhməramlılarına əvəz tapılmalıdır” - ABŞ Dövlət Departamenti rəsmisi

Siyasət

15 Noyabr 2023 23:02 728


ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapılmalıdır.

Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.

“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq  sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirməkdə uğusuz olublar”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib. Pepperoni pizza

“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra - il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, - o əlavə edib.

Dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır.

“Ən yaxşı yanaşma hər iki ölkəyə bizimlə və Qərblə işləmək kimi alternativ verməkdir”, - o deyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!