Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb edildi

Siyasət

01 İyun 2021 11:45 1291


Minsk qrupunun Dağlıq Qarabağ məsələsinə yenidən cəlb edilməsi ilə bağlı çağırışları Azərbaycanın daxili işinə qarışmaq və suveren hüquqlarımızın kobud surətdə pozulması kimi dəyərləndirib.

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub. 

İdarə Heyəti son günlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi zamanı yaşanan insidentləri, o cümlədən Şuşa şəhəri ətrafında erməni hərbi birləşmələri tərəfindən havaya atəş açılması hallarını müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, baş verənlərə Rusiya sülhməramlılarının müdaxilə etməməsi onu göstərir ki, bu hadisələrin baş verməsində Rusiyanın özü də maraqlıdır. İdarə Heyəti baş verənləri Rusiyanın sülhməramlı qüvvələrinin öz vəzifələrini yerinə yetirməməyinin əlaməti kimi dəyərləndirib və Azərbaycan hökumətindən Rusiya sülhməramlı qüvvələrini Azərbaycandan çıxarılması məsələsini qaldırmağa çağırıb. pizza

İdarə Heyəti eyni zamanda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə görə Zəngəzur dəhlizinin açılmasının ləngidilməsi, adı çəkilən bəyanatda Azərbaycanın maraqlarına cavab verən məsələlərin öz həllini tapmaması və bu məsələlərin həll olunmasına Rusiya və Ermənistan liderlərinin maneələr yaratması hallarının Azərbaycan tərəfinin adı çəkilən bəyanatdan bitərəfli qaydada çıxması üçün əsas yaratdığını bildirib.

İdarə Heyəti Azərbaycan-Ermənistan sərhəddindəki baş verən son hadisələrlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatı müzakirə edib. Məlum bəyanatda Azərbaycanda saxlanılan erməni hərbi diversantların “hərbi əsir” kimi dərhal və qeyd-şərtsiz azad olunmasına yönələn çağırışlar Amerikanın bölgədəki hadisələrdən ciddi xəbəri olmamasının, baş verənlərə ikili standartlarla və xristian təssübkeşliyi ilə yanaşmasının təzahürü kimi dəyərləndirilib. Qeyd edilib ki, birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın itkin və əsir düşən Azərbaycan vətəndaşları ilə bağlı bu günə qədər münasibət ortaya qoymayan ABŞ Dövlət Departamentinin bir qrup erməni terroristləri ilə bağlı Azərbaycan dövlətinə təsir göstərmək istəyi ABŞ-ın demokratik imicinə və bölgədəki hadisələrə neytrallığını şübhə altına alır və Azərbaycan xalqına qarşı qərəzli mövqedə durduğunu sübut edir. ADP İdarə Heyəti ABŞ administrasiyasını Qafqaz siyasətində ikili standartlara son qoymağa və Azərbaycana münasibətində beynəlxalq normalara riayət etməyə çağırıb.

Partiya ABŞ Dövlət Departamentinin məlum bəyanatında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan-Ermənistan arasında yenidən substantiv danışıqların bərpa edilməsinə yönələn çağırışlarını da müzakirə edib. Müzakirələrdə vurğulanıb ki, ATƏT-in Minsk qrupu dövlətlərarası problemlərin həllində vasitəçilik edə bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında müharibə başa çatıb, bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas qalmayıb. İdarə Heyəti Dağlıq Qarabağ məsələsinin isə Azərbaycanın daxili işi olduğunu və buna görə kimsənin Azərbaycanın daxili işinə qarışmasının yolverilməz olduğunu bildirib. ADP İdarə Heyəti ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ məsələsinə yenidən cəlb edilməsi ilə bağlı çağırışları Azərbaycanın daxili işinə qarışmaq və suveren hüquqlarımızın kobud surətdə pozulmasına cəhd olduğuna görə qətiyyətlə pisləyib.

İdarə Heyəti ötən Həftə Ermənistan Baş naziri səlahiyyətlərini icra edən N.Paşinyan tərəfindən Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsinin ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin beynəlxalq müşahidəçiliyi ilə həyata keçirilməsinin vacibliyi ilə bağlı açıqlamasını da müzakirə edib. Müzakirələr zamanı qeyd edilib ki, belə bir halın baş verəcəyi təqdirdə həmin beynəlxalq müşahidəçi statusunda qardaş Türkiyə hərbi qüvvələri də qeyd-şərtsiz yer almalıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!