Rusiya sülhməramlılarla bağlı Azərbaycana müraciət etdi: Rədd cavabı aldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlılarla bağlı Azərbaycana müraciət etdi: Rədd cavabı aldı

Siyasət

29 İyun 2023 09:56 20168


Rusiya tərəfi sülhməramlı kontingentin fəaliyyəti üçün zəruri olan malların “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib.

Bu barədə Minval.az məlumatlı mənbələrə istinadən yazıb.

Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndinə dəmir yolu vasitəsilə mümkündür. Bu, Azərbaycan tərəfinin cavab təklifidir. pizza

Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.

Rəsmi Bakı oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib. “Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedir), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”, – deyə müraciətdə qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!