“Rusiya terrorizmi dəstəkləyələr siyahında olacaq“ - Yermak

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya terrorizmi dəstəkləyələr siyahında olacaq“ - Yermak

Dünya

28 Aprel 2022 14:17 373


Ağ Ev Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyi düşünür.

Yenisabah.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz "Telegram" səhifəsində yazıb.

O qeyd edib ki, beynəlxalq ekspert qrupunun sanksiya planında Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi nəzərdə tutulur. pizza sifarişi

Yermak bildirib ki, Ukraynanın müttəfiqləri ilə çoxlu danışıqlar aparıb. Onun sözlərinə görə, bütün ekspertlər komandası belə bir addımın Ukrayna üçün vacib olduğunu həmişə vurğulayıb: 

“Biz hədəfimizə yaxınlaşırıq. ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Ağ Ev Rusiyanı terrorizmin dövlət himayədarları siyahısına daxil etməyi düşünür”.

Onun sözlərinə görə, belə bir qərar əlavə cərimələr, xarici yardıma məhdudiyyətlər, müdafiə təyinatlı malların ixracına qadağalar yaradacaq ki, bu da Rusiyanı daha da zəiflədəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!