Rusiya Tokayevdən “intiqam”ını belə aldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Tokayevdən “intiqam”ını belə aldı

Siyasət

19 İyun 2022 23:48 3287


Prezident Qasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur.

Yenisabah.az xəbər verir ki, Qazaxıstan neftinin ixracı Novorossiysk limanında dayandırılıb.

Buna səbəb kimi liman sularında İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması göstərilib. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb. Pepperoni pizza

Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə bilər.

Neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatlarla çıxış edib. Xüsusilə, o, Qazaxıstanın qondarma "dxr" və "lxr"i tanımadığını, onları “kvazidövlət qurumları” hesab etdiyini bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!