Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verdi

Turizm

12 Aprel 2021 20:18 1318


Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb. 

Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır . Sezar pizza

Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi  dayandırmaqla bağlı xəbərdarlıq edib.

Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.  

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!