Rusiya beşinci nəsil qırıcı - “Kaan” ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.
Onun sözlərinə görə, Moskva əməkdaşlığa hazırdır: Pepperoni pizza
“Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.
Bundan əvvəl Ukrayna da “Kaan”la bağlı Türkiyəyə müraciət etmişdi.
Xatırladaq ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Telegram kanalımız