Rusiya Türkiyəyə zəmanət verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Türkiyəyə zəmanət verdi

Siyasət

30 Avqust 2019 12:00 1196


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Suriyanın İdlib bölgəsindəki Türkiyə mövqelərinə hücum olunmayacağı ilə bağlı zəmanət verdiyini açıqlayıb. 

“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, Çavuşoğlu Norveç səfəri zamanı bu barədə jurnalistlərə açıqlama verib. 

Xarici İşlər Naziri "Rusiya rejim qüvvələrinin (Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarını nəzərdə tutaraq) İdlibdəki müşahidə postlarımıza hücum etməyəcəyinə dair zəmanət verdi"- deyə açıqlama verib.  Sezar pizza

O əlavə edib ki, böhranının siyasi həlli tapılan kimi Türkiyə Hərbi Qüvvələri Suriyanı tərk edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!