Rusiyanın "Rosaviasiya" qurumu fevralın 24-dən etibarən Rusiyanın mərkəzi və cənubundakı hava limanlarına uçuşların qadağasını 12-ci dəfə uzadıb.
Yenisabah.az "INTERFAX"a istinadla xəbər verir ki, bu dəfə məhdudiyyətlər mayın 13-dək uzadılıb.
Söhbət Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista şəhərlərinin hava limanlarından gedir. pizza sifarişi
Bu şəhərlərə getmək üçün Federal Hava Nəqliyyatı Agentliyi Soçi, Volqoqrad, Minvody, Stavropol və Moskva hava limanlarından keçməyi tövsiyə edir.
Rusiyanın qalan hava limanları, o cümlədən beynəlxalq hava limanları müntəzəm olaraq fəaliyyət göstərir.
Telegram kanalımız