Texniki olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT- in Minsk qrupunun status- kvosu hələlik saxlanılır. Qərb və Türkiyə öz oyunlarına başlayıb. Amma əsas söz hələ ki, Moskvanındır.
Paşinyanın ABŞ dövlət katibi Blinkenlə telefon danışığında erməni tərəfi ATƏT- in Minsk qrupunun fəaliyyətini bərpa etmək təşəbbüsü ilə çıxış edib. Rəsmi İrəvanın fikrinə görə, Azərbaycanla sülh müqaviləsinin hazırlanması konteksində Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır. Bu təşəbbüs Bakının Ermənistanla münasibətini nizamlayan təklif etdiyi 5 prinsipə cavab olaraq irəli sürülüb.
Paşinyanın ssenarisi üzrə siyasi prosesi təsəvvür etsək, ATƏT- in Minsk qrupu Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə yanaşı, həm də Qarabağdakı Rusiya sülhməramlılarının statusunu müəyyən etməli olacaq. Rusiyanın "kollektiv Qərb" ilə mürəkkəb münasibətlərini nəzərə alsaq, ABŞ və Fransa Moskvanın təsirini zəiflətmək üçün öz sülhməramlı qüvvələrini də təklif edə bilər. pizza
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, ATƏT- in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki o, artıq həll edilib. Bu zaman o əlavə edib ki, həmsədrlər arasında əvvəlkitək birlik yoxdur, ona görə də onların razılığa gəlməsi mümkün deyil.
Fakt ondan ibarətdir ki, 10 noyabr 2020- ci il bəyanatına əsasən, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması 5 il müddət nəzərdə tutulub və tərəflərin razılığı ilə uzadıla bilər. Amma uzadılmaya da bilər. Yəni, belə olan halda Rusiya asılı vəziyyətdə qalır. Və onu Dağlıq Qarabağdan, sadəcə, sıxışdırıb çıxara bilərlər.
Hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedir. Ankara bu işi Bakı ilə əlaqəli etməsini gizlətmir. Eyni zamanda, Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla Antalyadakı görüşündən sonra bəyan edib ki, "İrəvanla Bakı sülh müqaviləsi haqqında danışıqları vasitəçilər olmadan apara bilər". Aydındır ki, burada vasitəçi Rusiyadır və o, ikinci Qarabağ müharibəsinin dayandırılması üçün səylər göstərib.
Nəhayət, Bakı və Ankara Avropanın energetika təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edir, Ukrayna böhranı ilə bağlı yaranmış boşluğu doldurmaq istəyir.
Belə təəssurat oyanır ki, Ermənistan Azərbaycan və Türkiyə, ümumilikdə, Ukrayna böhranı ilə bağlı geosiyasi perspektivləri eyni qiymətləndirir. Çox maraqlı vəziyyət yaranır.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədovun fikrinə görə, burada bir neçə amili nəzərə almaq lazımdır.
Birincisi, iqtisadiyyatın obyektiv gerçəkliyi belədir ki, Qərbin Cənubi Qafqaza təsiri xeyli azalır.
İkincisi, Rusiyaya qarşı Qərbin sanksiyalarından sonra bu ölkə idxalı əvəz edən layihələri işə salacaq, aktiv surətdə yeni satış bazarlarına, o cümlədən Cənubi Qafqaza çıxacaq. Bu mənada Rusiyanın bu regionda özünün siyasi və iqtisadi təsirini genişləndirmək üçün aktiv fəaliyyətini gözləmək olar.
Amma həqiqət həm də ondan ibarətdir ki, hadisələrin belə gedişi Cənubi Qafqazda heç də hamını qane etmir.
Qayıdaq ATƏT- in Minsk qrupunun taleyinə.
Əgər Kremlin Qarabağ münaqişəsində vasitəçilik rolu 2010- cu ildən bəri artmağa başlayıbsa, Vaşinqton və Paris isə öz mövqelərini əldən veribsə, hazırda ABŞ və Fransa həmsədrlər kimi Türkiyəni bu məsələyə cəlb edərək öz təsirinin bir hissəsini qaytara bilər.
Beləliklə,ATƏT- in Minsk qrupunu nə gözləyir və o hər hansı rolu oynaya bilər?
Ermənistan "hə" deyir, Bakı aydın şəkildə "yox" deyir. Bu oyuna Türkiyə və İran da qoşulur. Amma əsas söz hələ də Moskvanındır. O, bu intriqanı beynəlxalq diplomatiyanın dalanına çevirə bilər, yaxud uduza bilər. Rusiya uduzduğu təqdirdə Türkiyə qazanacaq və Cənubi Qafqazda ən təsirli gücə malik olacaq. Beləliklə, qarşıda bizi böyük təlatümlər gözləyir./Moderator.az
Telegram kanalımız