Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu bu ölkədə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu bu ölkədə keçiriləcək

Siyasət

04 Mart 2022 09:37 5182


Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu yenə Belarusda keçiriləcək. Danışıqlar gələn həftənin əvvəlində baş tutacaq.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu gələn həftənin əvvəlində baş tutacaq", -Podolyak bildirib. Sezar pizza

Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də, ikincisi - martın 3-də hər ikisi Belarus ərazisində baş tutub.

Dünənki danışıqlar nəticəsində tərəflər müvəqqəti atəşkəsə razılaşıblar.

Rusiya fevralın 24-dı Ukraynada müharibəyə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!