Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək?   - “Bəzi güclər müharibənin uzanmasında maraqlıdır“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? - “Bəzi güclər müharibənin uzanmasında maraqlıdır“

Siyasət

24 Mart 2022 17:01 757


“Müharibənin başlamasına dair mübahisələr zamanı həmişə deyirdim ki, bu kəlmə bir nəfərin dilinin altındadır. O da Rusiya prezidenti Vladimir Putindir. Amma müharibə nə vaxt başa çatacaq” sualına cavabım daha sadədir: Allahdan başqa bunu heç kim bilmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, Ukrayna müharibəsinin daha nə qədər davam edəcəyi barədə mülahizələri şərh edib: pizza mizza

“Tərəflərin tələbləri bir-birinə qarşı güzəştə yer saxlamır. Döyüş meydanında isə Rusiya qoşunları Baş Qərargahın normalda 15 günlüyə planlaşdırdığı əməliyyatı artıq bir aydır ki, yekunlaşdıra bilmir. Nəticə etibarilə, Rusiya hərbi kəşfiyyatı (QRU) Ukraynanın hərbi gücünü real qiymətləndirə bilməyib.

Üstəlik döyüş meydanında tərəflərin gücü balanslaşıb, yəni Rusiyanın hücumları dayanıb və Ukrayna tərəfi əks-hücum əməliyyatları keçirməyə başlayıb”.

Elxan Şıxəliyevun sözlərinə görə, əgər Qərb ölkələri Ukraynanı zamanında silah-sursatla dəstəkləyə biləcəksə, əməliyyat teatrında vəziyyət Ukraynanın lehinə olacaq:

“Belə olan halda, Ukrayna itirdiyi əraziləri bərpa etməyə çalışacaq. Amma onlar əraziləri nə vaxta qədər bərpa edəcək, bu, nə qədər vaxt aparacaq, ruslar buna nə qədər müqavimət göstərə biləcək, bunu heç kim bilmir. Xüsusən də nəzərə alsaq ki, ruslar hava hücumunda üstünlüyü öz əllərində saxlayır”.

Hərbi ekspert onu da vurğulayıb ki, hazırda tərəflərin heç biri müharibənin sonlanmasına dair hər hansı ipucu göstərmir; bütün diplomatik səylər vurğulayır ki, tərəflər razılaşa bilmirlər:

“Ukraynanın arxasında olan güclər müharibənin uzanmasında daha maraqlıdır. Çünki müharibə uzanacaqsa, Rusiya iqtisadi olaraq bunun altından çıxa bilməyəcək. Uzanma həm də Ukraynada dağıntıların çoxalmasına, o cümlədən humanitar böhrana gətirib çıxara bilər”.

“İki uduzan və bir qalib var: Uduzanlar Ukrayna və Rusiyadırsa, udan tərəf Şimali Atlantika Alyansıdır, yəni NATO. Çünki ümumi olaraq bu planların arxasında NATO dayanıb.

Bəzi skeptiklər müharibənin aprelin sonuna qədər uzanmasına işarə edirlər, amma mən düşünürəm ki, bu, daha çox tərəflərin nəticəyə nə qədər qane olacağından asılıdır”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!