Rusiya Ukrayna müharibəsi: Qardaş qanı dayanmır 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukrayna müharibəsi: Qardaş qanı dayanmır 

Dünya

18 Yanvar 2024 12:12 532


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 780 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 373 600 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 21 tank, 38 zirehli döyüş maşını, 24 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!