Rusiya - Ukrayna müharibəsi: Qardaş qırğını davam edir 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya - Ukrayna müharibəsi: Qardaş qırğını davam edir 

Dünya

09 Yanvar 2024 10:48 375


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 820 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 365 990 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 9 zirehli döyüş maşını, 6 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!