Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri danışdılar - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri danışdılar - Video

Dünya

22 May 2025 00:36 1163


Bir vaxtlar vahid bir ölkənin vətəndaşları olduğumuzdan həm Rusiyada, həm də Ukraynada bu gün də minlərlə soydaşımız yaşayır və bu ölkələrin pasportlarını daşıyırlar.

Bu səbəbdən soydaşlarımız 3 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna savaşının qarşı səngərlərində bir-birinə tətik çəkmək məcburiyyətində qalıblar. Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Vidadi İsrafilov bildirib ki, müharibədə 100-ə qədər azərbaycanlı şəhid olub:

"Onların yarıdan çoxu Ukraynada dəfn olunub. Bəziləri isə ailələrinin xahişi ilə Azərbaycanda torpağa tapşırılıb". Dominos pizza

Müharibədə həlak olanlardan biri də Ukrayna ordusunun əsgəri Emil Ağabəyovdur.

Mərhumun həyat yoldaşı İrina Ağabəyovanın sözlərinə görə, Emil 2024-cü il avqustun 24-də Xarkov istiqamətindəki döyüşlərdə şəhid olub:

"Əvvəlcə ağır yaralanıbmış, hospitala yerləşdiriblər. Amma 3 gün sonra ağır yaralara dözməyib, ürəyi dayanıb. İki azyaşlı uşağımız atasız qaldı. Qızım Safura 14, oğlum Samir isə 11 yaşındadır. Onsuz çox çətindir".

Əraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!