Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır - Video

Siyasət

22 Noyabr 2022 21:50 1062


Rusiya vaxtı ilə Ukraynada tətbiq etdiyi sonu müharibə gətirib çıxaran təhlükəli ssenarisini deyesən Qarabağda təkrarlamağa cəhd edir.

Belə ki, Ukraynanın Donetsk və Luqanks vilayətlərində rusiyalıları qorumaq adı ilə separatizmi dəstəkləyən Rusiya sonda onların əli ilə ölkəni parçalamağa başladı.

Son günlər sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarıında da, bu ölkə eyni addımları atır. Erməni kilsələrini bərpa edir, rus dilli məktəblər açır, rus mərkəzləri yaradır, rusiyalı məşhurlara heykəllər qoyur, əli silahlı separatçıların təxribatlarına göz yumur, hətta yayılan son məlumata görə, rus oğlanlarını erməni qızlarla evlənməyə təşviq edir. Sezar pizza

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!