Rusiya Ukraynada 24 saatda 920 hərbçisini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada 24 saatda 920 hərbçisini itirdi

Dünya

19 Yanvar 2024 11:27 457


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 920 hərbçisini itirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 374 520 nəfərə çatıb.  Sezar pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 20 tank, 35 zirehli döyüş maşını, 19 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!