Rusiya Ukraynada son 24 saatda 1000 hərbçisini itirdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada son 24 saatda 1000 hərbçisini itirdi 

Dünya

01 Fevral 2024 11:08 578


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1000 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 386 230 nəfərə çatıb.  Dominos pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 16 zirehli döyüş maşını, 33 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!