Rusiya Ukraynanı vurdu, Polşa aviasiyası səmaya qalxdı 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanı vurdu, Polşa aviasiyası səmaya qalxdı 

Dünya

26 Avqust 2024 12:00 436


Polşa Silahlı Qüvvələri Rusiyanın uzaqmənzilli aviasiya fəaliyyəti fonunda ölkənin və onun NATO müttəfiqlərinin hərbi təyyarələrinin səmaya qalxdığını bildirib. 

Yenisabah.az xəbər verir ki, Polşa təyyarələri ölkənin cənub-şərq bölgəsində uçub. 

“Səhər saatlarından etibarən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının, o cümlədən Ukraynanın qərbində yerləşən hədəflərə hücumları ilə intensiv aktivlik müşahidə olunur... Əməliyyat komandanlığı vəziyyəti daim izləyir”, - məlumatda deyilir.  Dominos pizza

Səhər saatlarında Kiyev, Odessa, İvno-Frankivsk, Vinnitsa, Jitomir, Lutsk, Xmelnitski, həmçinin Lvov, Poltava və Çerniqov vilayətlərinə zərbələr endirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!