Rusiya Ukraynanın 20 %-ni işğal edib

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın 20 %-ni işğal edib

Dünya

24 May 2022 12:42 723


Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil edir.

Yenisabah.az xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb.

Nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasıdır. pizza hut

Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni təşkil edirdi.

Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb - 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), "İl-76" təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.

Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadrat kilometrdir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!