Rusiya Ukraynanın itkilərini açıqladı: 164 təyyarə, 125 helikopter...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın itkilərini açıqladı: 164 təyyarə, 125 helikopter...

Dünya

11 May 2022 12:21 178


Müharibə başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın 800-dən çox pilotsuz təyyarəsini və 300-dən çox zenit-raket kompleksini, həmçinin 164 təyyarə və 125 helikopteri məhv edib.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi məhv edilib", - Konaşenkov deyib. Dördpendirli pizza

O əlavə edib ki, 3000-ə yaxın tank və digər zirehli döyüş maşını, 360 reaktiv yaylım atəşi sistemi, 1455 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2808 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!