"Ukraynada "xüsusi əməliyyat" başlayandan bəri Rusiya ordusu düşmənin 300-dən çox təyyarə və helikopterini məhv edib".
Yenisabah.az xəbər verir ki, bunu Bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, "xüsusi hərbi əməliyyat" başlayandan indiyədək 177 təyyarə, 125 helikopter, 990 PUA, 319 zenit-raket kompleksi, 3226 tank və digər zirehli döyüş texnikası, 421 reaktiv yaylım atəşi sistemi, 1643 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3106 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - deyə Konaşenkov vurğulayıb. pizza
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü fevralın 24-də başlayıb.
Telegram kanalımız