Rusiya danışıqlar zamanı Ukraynanın daha “denazifikasiyasını” tələb etməyəcək və NATO-ya üzv olmaqdan imtina etmək müqabilində Kiyevin Aİ-yə daxil olmasına icazə verməyə hazırdır.
Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, bunu dörd mənbə iddia edib.
Böyük Britaniya yazır ki, atəşkəs sənədi layihəsində Rusiyanın üç ilkin əsas tələbi - "denazifikasiya", "demilitarizasiya" və Ukraynada rus dilinin hüquqi müdafiəsi ilə bağlı heç bir müzakirə yoxdur. pizza mizza
Qəzet əlavə edir ki, Ukrayna Rusiya ordusuna gözlənildiyindən daha şiddətli müqavimət göstərdiyindən Moskva bəzi tələblərindən imtina edib.
Bununla belə, Ukrayna və onun tərəfdaşları yumşalmaya şübhə ilə yanaşır.
Danışıqların gedişi ilə bağlı “Financial Times”a məlumat verən mənbə bildirib ki, Rusiya həm hərbi təzyiq, həm də tələblər baxımından mövqeyini tez-tez dəyişir. Bu, Ukrayna tərəfini narahat edir.
Xatırladaq ki, bu gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi başlayıb.
Telegram kanalımız