Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsi məsələsini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsi məsələsini müzakirə etdi

Siyasət

01 Oktyabr 2021 18:46 963


Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

"Cənubi Qafqazda nəqliyyat yollarının və iqtisadi bağlantılarının açılması, qonşu ölkələr arasında etimad tədbirlərinin artırılması və qarşılıqlı faydalı iqtisadi əməkldaşlığın genişləndirilməsi nəticəsində regiondakı vəziyyətin sabitləşməsinə töhfə verəcəyi qeyd olunub. Tərəflər həmçinin regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - məlumatda vurğulanıb.   Dördpendirli pizza

Eyni zamanda Rusiya tərəfindən BMT Baş Asambleyasının 76-cı sesiyası çərçivəsində Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşün nəticələrindən məmnunluq da ifadə olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!